Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Çözüm prosesini sülh yolu davam etdirmək lazımdır"

 

ABŞ Türkiyənin bir neçə gündür, İŞİD və PKK terror təşkilatlarına qarşı başladığı hərbi əməliyyatın miqyasının azaldılmasını istəyir.
"Xeberinfo.com":   APA-nın məlumatına görə, Ağ Evin nümayəndəsi Erik Şultz Türkiyənin təzyiqləri azaltmasını, sülh yolu ilə çözüm prosesinin davam etdirməsini arzuladıqlarını bildirib.
Şultz Türkiyənin İŞİD-ə qarşı yaradılmış koalisiyaya dəstəyi və PKK mövqelərinə zərbə endirməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Türkiyə NATO-nun strateji müttəfiqidir: “Türkiyə hökumətinin İŞİD-lə mübarizədə dəstəyindən məmnunuq. PKK da terror təşkilatıdır. Bu təşkilatın terror hücumlarını pisləyirik. Ancaq hesab edirik ki, sülh yolu ilə çözüm prosesini davam etdirmək lazımdır. Türkiyəni bu prosesə dönməyə çağırırıq”.
Qeyd edək ki, bir neçə gündür, Türkiyə terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. PKK-nın İraqın şimalındakı mövqelərinin havadan atəşə tutulması nəticəsində yüzlərlə terrorçu məhv edilib. Həmçinin, ölkə daxilində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində İŞİD və PKK üzvü olan yüzlərlə şəxs saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam