Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Beynəlxalq Bankla bağlı işdə korrupsiya halı aşkarlanarsa, araşdırılacaq"

 

“Üç əməkdaşımız DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı işdə iştirak edir”

“Banklarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində çoxlu sayda cinayət işi var. Bu ilin birinci yarısında da Baş İdarə tərəfindən məhkəmələrə göndərilən işlər içərisində birinci yerdə banklarla bağlı işlər durur”.
"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu bu gün Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.
K. Əliyev banklarla bağlı bu ilin birinci yarısında 30 şəxslə bağlı 15 cinayət işinin məhkəməyə göndərildiyini qeyd edib: “Baş İdarə qanunların imkan verdiyi çərçivədə ziyanın ödənilməsində iştirak edir. Hər bir halda kreditin verilməsi fərdidir. Bəzən kimsə deyir ki, kreditin müddəti filan vaxt bitir, ancaq kreditdən səmərəli istifadə məsələsi var. Bizim 3 əməkdaşımız Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı işdə də iştirak edir. Beynəlxalq Bankla bağlı işdə korrupsiya halı aşkarlanarsa, araşdırılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam