Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İrandan Azərbaycana quş əti idxalı dayandırıldı

 

Bu gündən İranın Mazandaran vilayətindən Azərbaycana diri quş, quş əti məhsullarının, 1 günlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı dayandırılıb

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Xanvəli deyib. 
Xidmət rəsmisinin sözlərinə görə, İran ərazisində toyuqlar arasında yüsək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar Dövlət Xidməti tərəfindən sərəncam imzalanıb.
Bu sərəncama uyğun olaraq, Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının rəsmi məlumatlarına əsasən, İranın Mazandran vilayətində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə Azərbaycan ərazisinə başqa dövlətdən keçə biləcək yoluxucu epizootik xəstəliklərdən mühafizə zərurəti nəzərə alınaraq, iyunun 22-dən İranın Mazandaran bölgəsindən Azərbaycana diri quş, quş əti məhsullarının, 1 günlük cücələrin, eləcə də damazlıq yumurtanın idxalı müvəqqəti dayandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam