Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Cavid Qurbanov ikimərtəbəli vaqonlar alır

 

Mayın 13-də Bakıda Azərbaycanın İsveçrədən ikimərtəbəli dəmir yolu vaqonlarının alınmasına dair müqavilə imzalanacaq.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

C.Qurbanov qeyd edib ki, sabahkı müqavilə "Azərbaycan Dəmir Yolları" ilə İsveçrənin "Stadler Railway" şirkəti ilə bu gün Bakıda işə başlayan "TransCaspian-2015" beynəlxalq nəqliyyat sərgisi çərçivəsində imzalanacaq.

Qeyd edək ki, müqaviləyə əsasən, "Stadler Railway" şirkətindən 5 ədəd ikimərtəbəli sərnişin vaqonlarının alınması nəzərdə tutulub. Bu vaqonlar Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutunda istifadə ediləcək.

C.Qurbanov, həmçinin bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt dəmir yolu reysinə gediş haqqı ilə bağlı Tarif Şurasına hələlik müraciət etməyib. Hazırda bu istiqamətdə gediş haqqı 20 qəpik təşkil edir.

AzVision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam