Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Hadisə yerində müstəntiq və polisi vurdular

 

Hadisə vaxtı polis serjantı da xəsarət alıb
"Xeberinfo.com":  Bərdə rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən Bərdədən Ağcabədiyə gedən yolda “VAZ 2107” markalı avtomobil velosipedlə hərəkətdə olan 15 yaşlı oğlanı vurub. Dərhal hadisə yerinə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən başqa bir “VAZ 2107” markalı avtomobil yolda cəmləşmiş şəxslərə çırpılıb.
Nəticədə məlum fakt üzrə araşdırma aparan müstəntiq, polis kapitanı Zaur İsmayılov, post patrul xidmətinin əməkdaşı, serjant Müşfiq Sadıqov və mülki vətəndaş Zaur Sarıyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Z.İsmayılov dərhal təcili tibbi yardım maşını ilə Bakıya göndərilib və əməliyyat olunub.
Müstəntiqi, eləcə də digər şəxsləri vuran avtomobilin sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam