Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Parlamentdən “Topaz”a zərbə

 

Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması təklif edilir.

"Xeberinfo.com":   Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında “Reklam haqqında” yeni qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı komitə üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bu barədə məsələ yeni qanun layihəsinə daxil edilib. V.Əhmədov həmçinin sosial reklamların da vaxtına toxunub. O qeyd edib ki, sosial reklamların səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.
Millət vəkili əlavə edib ki, qanun layihəsinə edilən dəyişikliyə görə, ölkədə ümumilikdə yayımlanan reklamların ən azı 8 faizini – əvvəllər bu 5 faiz idi – sosial reklamların təşkil etməsi nəzərdə tutulub: “Yəni, səhər saat 9-dan gecə saat 12-yə kimi sosial reklamların yayımı nəzərdə tutulub. Halbuki indiyə kimi sosial reklamlar daha çox gecələr verilirdi və bunun da elə bir müsbət təsiri olmurdu”.
Sözügedən qanun layihəsinin hazırlanması üzrə işçi qrupun rəhbəri olan V.Əhmədov vurğulayıb ki, parlamentdə birinci oxunuşun müzakirələrindən sonra işçi qrup tərəfindən qanun layihəsi üzərində ciddi işlənilib, ciddi təkmilləşdirmələr aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam