Oqtay Əsədovun qardaşı 4 mərtəbəli obyekt tikdirir-20 sot sahədə

Yenixeber.org: Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədov paytaxtın Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında zirzəmisi daxil olmaqla 4 mərtəbəli obyekt tikdirir. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün fb səhifəsində yazıb.
"Milli Məclisin sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədov Bakının Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında zirzəmisi daxil olmaqla 4 mərtəbəli obyekt tikdirir.
20 sot sahədə aparılan tikinti işlərinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu ilin iyununda icazə verilib.
Ümumi sahəsi 16783,3 kvadrat metr nəzərdə tutulan binanın layihəsi "AS-KO" MMC tərəfindən hazırlanıb.
ARASH MEDİKAL şirkətilə bağlı ötən yazımdan sonra Milli Məclis bəyanat vermişdi ki, Oqtay Əsədovun Cavid Əsədov adında qardaşı oğlu yoxdur, o belə bir adam tanımır. Spiker yəqin ki, bu dəfə öz qardaşından imtina etməyəcək".
Yeni xəbərlər
Yenixeber Tv
Reklam
Reklam
De-fakto
Ən çox oxunanlar
-
Cəlilabadda icra başçısının birinci müavini Qalib Xudaverdiyev kimdir? -
Tarix: 29-09-2026 16:58 -
Bu torpaqlar Kərəm Həsənova PEŞKƏŞ EDİLİB? -
Tarix: 04-10-2026 10:28 -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Tarix: 16-09-2026 11:47 -
Törətdiyi iqtisadi təxribatlara görə Məmməd Musayevi nələr gözləyir? -
Tarix: 12-09-2026 11:13 -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Tarix: 28-09-2026 17:19 -
"Şapka Mamed"in 10 milyonluq obyektləri satışa çıxarılır -
Tarix: 10-09-2026 14:50 -
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-
Tarix: 01-10-2026 10:44 -
“Kod 35” iddiaları fonunda kadr dəyişiklikləri: Abşeron Su Meliorasiya Sistemlərində nə baş verir? -
Tarix: 17-09-2026 15:59









AZ
RU