Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Kəmaləddin Heydərovun oğlunun şirkəti bağlandı-BBC yazır

 

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) bağlanıb.

Yenixeber.org: Bu barədə BBC News Azərbaycanca məlumat yayıb.

2008-ci ilin iyul ayında təsis olunan şirkətin bağlandığı Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlərin rəsmi siyahısında yerləşdirilən sənədlərdə də göstərilib.

Sənədlərə əsasən, The European Azerbaijan Society (TEAS) adı ilə qeydiyyatda olan təşkilatın bağlanmasına dair qərarı Tale Heydərov bu il, iyul ayının 6-da verib.

TEAS-ın keçmiş direktoru, bu ilin iyuluna qədər ona rəhbərlik etmiş Lionel Zetter BBC News Azərbaycanca-ya bu məlumatla bağlı şərh verməkdən imtina edib.

TEAS "Azərbaycan barədə insanları məlumatlandırmaq və Avropa ölkələrilə Azərbaycan arasında siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsinə vasitəçilik" etmək məqsədi ilə yaradılmışdı.

Britaniyadan başqa, şirkət həmçinin Azərbaycan, Fransa, Almaniya, Belçika və Türkiyədə də fəaliyyət göstərirdi.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam