Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İdmançılarımızın ilk qələbələri -"İslamiada-2017"

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayan kişi həndbolçulardan ibarət Azərbaycan yığması ilk görüşündən qalib ayrılıb.

Yenixeber.org:   Məlumata görə, Hikmət Abdullayevin baş məşqçi olduğu komanda Pakistan millisini məğlub edib - 43:36.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk yarıda 20:15 hesabı ilə öndə olan Azərbaycan millisi fasilədən sonra üstünlüyünü daha da artırıb və 7 topa çatdırıb.

Qeyd edək ki, A qrupunun digər oyununda Səudiyyə Ərəbistanı Əlcəzairə qalib gəlib - 26:13 (13:6). B qrupunun ilk görüşündə isə Mərakeş Türkiyəyə uduzub - 24:27 (8:12).

Qrupun digər oyunu saat 20:15-də İraqla İordaniya yığmaları arasında start götürüb.

Azərbaycan millisi mayın 10-da Səudiyyə Ərəbistanı ilə, mayın 11-də Əlcəzairlə qarşılaşacaq. Yarımfinal görüşləri mayın 13-də, 3-cü yer uğrunda və final matçları mayın 14-də keçiriləcək.

Onu da qeyd edək ki, ondan əvvəl Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası Kamerun millisi ilə ilk görüşünə çıxıb.

Elə həmin "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 28:26. İlk yarını 18:14 hesabı ilə öndə bitirən Azərbaycan millisi sonadək üstünlüyünü əldən verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam