Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bakının Formula 1 qalibləri -TAM SİYAHI

Bakının Formula 1 qalibləri - TAM SİYAHI

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisi keçirilir. Bakı Şəhər Halqasında təşkil olunan yarışın builki mərhələsi bu gün start götürüb. Yarış həftəsinin ilk günündə sərbəst yürüşlər keçirilir, sabah sıralanma turu, sentyabrın 26-da isə əsas yarış baş tutacaq.

Yenixeberorg.biz: Bakı artıq 10-cu dəfə Formula 1 yarışına ev sahibliyi edir. Şəhərdə ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı ilə keçirilib. Həmin yarışda “Mercedes” pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildən isə yarış Azərbaycan Qran-Prisi adı ilə keçirilir.

İndiyədək Bakıda keçirilən Formula 1 yarışlarının qalibləri belə olub:

2016 - Niko Rosberq - Mercedes

2017 - Daniel Rikkiardo - Red Bull

2018 - Luis Hemilton - Mercedes

2019 - Valtteri Bottas - Mercedes

2020 - Yarış keçirilmədi

2021 - Serxio Perez - Red Bull

2022 - Maks Verstappen - Red Bull

2023 - Serxio Perez - Red Bull

2024 - Oscar Piastri - McLaren

2025 - Maks Verstappen - Red Bull

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Qran-Prisi COVID-19 pandemiyası səbəbindən keçirilməyib. Pandemiya ilə əlaqədar Formula 1 təqvimində dəyişikliklər edilib və Bakı yarışı həmin il ləğv olunub. Yarış 2021-ci ildə yenidən keçirilib.

2026-cı il Azərbaycan Qran-Prisinin qalibi isə əsas yarış başa çatdıqdan sonra məlum olacaq.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam