Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçiriləcək

 

Prezident İlham Əliyev xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

"Xeberinfo.com":  Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla B.Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi 2015-ci ilin avqust ayında tamam olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam