Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Düyülmür axı


  

Zamana qarşıyam, dayansın zaman,
Yuxu var əbədi, oyansın zaman!
Rəvamı, qanına boyansın zaman?
Bu zülmün ölçüsü bilinmir axı...
 
Gözlərdə qorxu var, dildə bir sükut,
Nitqimdi lal, baxış eldə bir sükut,
Çaylar da axmayır, seldə bir sükut,
Alnıma yazılan silinmir axı...
 
Soz ilə danışsam qapım bağlanar,
Çat versəm yüz yerdən, çatım bağlanar,
Yüyənsiz, buxovsuz atım bağlanar,
Buğda dəyirmansız  üyünmür axı...
 
Baş ki, var, içini görmək olmayır,
Bir insan vəhşisə, dözmək olmayır,
Qanmazın hökmüylə ölmək olmayır,
Açılan kələflər düyülmür axı...
 
Dirəniş etsəniz, qələbə sizin!
Vətən var, torpaq var, mələfə sizin!
Toxunsan kələfə, kələf də sizin,
İlmələr sıraya düzülmür axı...
Təranə Şəms.16.05.2018

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam