Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Təklif edirlər ki, “qrammatika” sözü bir “m” ilə yazılsın” -Akademik

 

“Təklif edirlər ki, “qrammatika” sözü bir “m” ilə yazılsın” - Akademik
"Azərbaycan dilinin Orfoqrafiya Qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təkliflər İşçi Qrup tərəfindən sistemləşdirilib və təhlil edilib.
Yenixeber.org: Bu barədə Dövlət Dil Komissiyasının üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib. O bildirib ki, həmin təkliflər Orfoqrafiya Komissiyasının gündəliyində müzakirə ediləcək.

“Bu ay ərzində İşçi Qrupunun son iclası olmalıdır. Həmin iclasdan sonra məsələ Orfoqrafiya Komissiyasına çıxarılmalıdır. Biz yalnız redaktə xarakterli işlər etmişik. Qəbul olunan təkliflərə baxıb, onları sistemləşdirmişik. Həmin təkifləri Orfoqrafiya Komissiyasının gündəliyinə çıxaracağıq. Təkliflər arasında yeniliklər də var. Məsələn, təklif edirlər ki, “qrammatika” sözü bir “m” ilə yazılsın və s. Komissiya baxıb yekun qərarını verəcək. Daha sonra isə sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”. 

Qeyd edək ki, “Orfoqrafiya Komissiyasının “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi əsasında bəzi sözlərin yazılış qaydalarının dəyişdirilməsi, məsələn, “əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması və digər təkliflər cəmiyyətdə birmənalı qarşılanmayıb.(azvision)

Aytən Zəhra

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam