Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

DEYƏCƏYİM BU QƏDƏR...(bəhri təvil yeni)

 

    "Xeberinfo.com": Olub peşəm, dilim sözlü ürək dolu yazmağım, bu dərddisə qəlib deyil, çərçivəyə sıqmağım. Başım dolu fikir-xəyal, çətin olur,yazanmammış qələmsiz də durmağım. Həyat belə təməldisə,gördüyün o əməldisə zəhmət olur,ömür qısa acı-şirin dərdlə həyat gərdişini duymağım, qələm yazır gördüyünü,mən yazaram xəta edib hərdən olar, mən yozaram.  Yozum budur gəlin sizə söyləyim, biri sevir, Leylidir o aşiq olub Məcnuna kör fələyin felidir o, dilində söz, söz deməyə meylidir o, necə yazım siz deyin ha, sevməsin o,  qələt edir,həyat budur,dəli olub, neyləyirsə eyləsin o. Qələm düşmür əlimdən, aşıb-daşır söz tökülür dilimdən,əldə qələm,tutsa yuxu yatmaram, mən nə edim peşəm yazmaq, işim budur qaçmaram. Yazmaqdısa  istəyim, bitməz olar məsləyim qələmdisə sağ əlim,qardaş olub, dili bütöv sirdaş olub dostumdusa, ondan ayrı qalmaram. Biri gələr, əcəba,yana-yana söyləyər, sevdiyim o, eşqi məni aldadır,mən sevirəm yalan busa məhəbbətim ağladır, doğrudursa küsməsi,sərfəsi bu,bax belədir seçməsi. Mən nə edim,olan –qalan, satan olsa mən ki, alan, meydan alıb dərlilərlə, dərd dağıdıb,bölüşməyə hazıram,axır budur qalma-qal ki, salmıram, sevən sevir, sevməz olan kimsəni ha,qeyrü-qala salmıram.Bağ salaram, sinəm üstə dağ salaram, dəstə seçib gül alaram, sevgi dolu ürəklərə yol salaram, bağ-bağçadan gül dərərərəm, qəlbi dərdli sevənlərə göndərərəm. Budur yazar düşüncəm, təklik itib düşür cəm, ŞAİR olmaq çox çətin, dostundusa QƏM kədər, kədər toxum, qəm hədər, deyəcəyim  bu qədər.  

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam