Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

BƏHRİ TƏBİL

 

 

 

 

 

    SƏNLƏ... MƏNƏM...

 

Söz bazarı...alış-veriş... meydan ola...

Söz deyibən ox atdığım şeytan ola..

Hər atılan yay-ox sənə qaytan ola...

Tutsa hədəf...düz eşitsən haytan ola...

Meydan mənim... buyur dedim çıx ortaya...

Meydan alan... qurşaq tutub söz sına... ya...

Uduzarsan get özünü get, qına... ya...

Bu meydanın söz tutanı..sənlə... mənəm

Söz oynadıb... söz atanı sən...də “Mən”əm

Düzdə... desəm...yaman olsa...döz də desəm

Yaxşı... yaman...secib bilən söz də desəm

Məddahlığa meydan verib sözlə vuran...

Qorxmaz olub düz sözünü qoruyan...

Əldə bayraq qalib olan sənlə... mənəm...

Hədəf bəlli... düz sözümlə... dik gəzənəm!!!!

 

                                                         

 

 Zamanın hökmüdür ha, mənki varam, sənli,mənli...addım-addım...biz gəzirik.Olub-itən... üzdə qalan...olanları gizlədirik.Qulaq kardı...gözlər kordu...dillər laldı...danışmağı bilməyirik. Amma deyim...gözdən yenə orğun-orğun...yavaş-yavaş... tük çəkirik.Hərdən...hələ uşaq  kimi əl tutmadan ...ayaq üstə ...dik gəzirik. Dik gəzibən fayda nədir... üzdə... gözdə... pis əməli...dildə sözü silməyiyirik.Məhv edirik....dildə sözü....gözdə... gözü. Nədən axı günah bizim...dinməyirik.Günah  üzdə...üz dəyişir... yalan-palan dil çəkişir...Dodaq qaçır...qəh-qəh edib...gah gülürük.Üzdə... gülür...sözdə gülür...göz ağlayır yaş tökülür...Nadan... xəbis...insan ki... var...uzaq olmaz bitməz olan...qeyru...qaldan.Zaman axar...ona nə var...dərddi...qəmdi bilməz olar.Bəs nədəndi...belə dərddən ayrı düşüb...əl götürə bilməyirik.Bizki... bizik...bir düşünək...fitnə-fəsad...oyundusa...bu işlərə qarışmayaq ... Bəladısa...bəlkə deyim sizdə bizdə bu sözlərə alışmayaq. Allah verən... bizə çatan cəzadırsa...nədəndi bəs qəbul edib barışmayaq...!  

 

           

 

                                                                                                         14.02.2014.TƏRANƏ ŞƏMS

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam