Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

UNUT!


"Xeberinfo.com":  
Hardansa yol gəlirdin 
Qaranlıqdan işığa doğru, 
O işıq mən idim
Çaldın qəlbimi, oğru-oğru.
Gəlsənə uyarım səni
Deyirəm eşit, unut məni!
Yolumuz ayrıdı
Həyat deyirdi.
Zərərdən qayıtmaq,
özü xeyrdi.
Unut məni...məni unut!
Unut nəmli gözlərimi, qəmli baxışlarımı unut..!
Xəyalına kölgə çək!
Düşünmə! gözləmə ümid.
Verdiyin acılar, söyüd tək qəmli,
Başı aşağı gözləri nəmli.
Titrəyən qəlbim, susdu üzüldü,
Gözlərindən ürəyimə süzüldü. 
Yox... yox... bu yuxu deyil 
Oyandım artıq.
Simalı sifətin, xırdalandı bölündü.
Zahirin, daha da aydın göründü.
Bu yollar, nə sənlikdir, nə mənlik
Qəlbinİ daşa döndər 
Unut məni, məni unut..!
Çaldığın qəlbi unut, itən gümanı, əhdini unut..!
Unut məni,məni unut...!
Adımı gətirmə dilə, 
Dəyişdin onu sən, minbir feilə.
Qoymaram mənliyim alçala, əyilə,
Könlüm sənin idi.
Haramın olsun...
Tökdüyüm çilələr, kam alıb deyər,
Etdiyim bəddua halalın olsun..
Qapanmış gözlərin, baxsa həyata
Bil ki, bil ki, itiyin nədir?
Əvəzsiz sevdaya vediyin dəyər,
İtiyin nədir, seçdiyin nədir.
Əlvida söyləyir, SUSUR bu ürək
Anladım həyatı, verdin seçənək.
Unut məni, məni unut..!
Qəlbində var isə o qara sevda,
Ayrıldı bu yollar, yoxdur ki, ÜMİT
Unut..! Unut...!
Artıq məni, UNUT... UNUT!!!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam