Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

ABŞ və NATO-dan Ukraynaya silah yardımı

 

Poroşenko silahları almağa tələsir
Ukraynanın sülh sazişinə getməsi yeni hücum taktikasıdır. 

"Xeberinfo.com":  Məlumata görə, bu fikirləri rusiyalı ekspertlər səsləndirib.

Ekspertlər bildirir ki, sülh razılığına baxmayaraq ABŞ Ukraynaya hərbi yardım etmək planında heç bir dəyişiklik etməyib. Bu isə rəsmi Kiyevin ölkəsinin şərqindəki separatçı üsyanları heç də xüsusi status yox, yalnız hərbi yolla yatırmaq istəyinə işarədir.
Artıq ABŞ ordusunun bir polku bu ilin martında Ukrayna Daxili İşlər Nazirliyinin 3 polkuna təlim keçmək üçün bu ölkəyə gəlməyə hazırlaşır. Ruslar hesab edir ki, bu təlimlər yeni veriləcək super (bahalı) silahların istifadə qaydalarının öyrədilməsi olacaq.
Artıq Ukrayna Müdafiə naziri ABŞ-a lazım olan hərbi texnikanın siyahısını təqdim edib.
Ukrayna prezidentinin mətbuat-xidməti isə xəbər verdi ki, Petro Poroşenko ABŞ vitse-prezidenti Co Baydenlə telefon danışığı zamanı ölkənin şərqində münaqişənin yatırılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Bundan əlavə Poroşenko “Ukraynaya müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə vasitələrin verilməsi barədə bundan əvvəlki bəyənatların” reallaşmasına çağırıb.
Bayden öz növbəsində prezidentə Ukraynanı dəstəkləyəcəkləri barədə söz verib.

 

Anspress


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam