Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

SSRİ-nin yaranmasından 92 il ötür

 

1922-ci il dekabr ayının 30-da, 92 il bundan öncə Sovet Sosialist Respublikaları İttifaqı yaradılıb. 

"Xeberinfo.com":  SSRİ yer kürəsində öz ərazisinə görə 1-ci, hərbi və iqtisadi gücünə görə isə ölkələr arasında 2-ci yerdə olub.

SSRİ-nin yaradılması haqda qərar Sovetin 1-ci qurultayı tərəfindən verilib. Həmin gün İttifaqa Rusiya Sovet Federativ Sosialist Respublikası, Ukrayna, Belarus və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları (Azərbaycan, Ermənistan və Gürcüstan) daxil edilib. Sonrakı illərdə isə digər respublikalar (Özbəkistan, Qazaxıstan, Litva, Moldova, Latviya, Qırğızıstan, Tacikistan, Türkmənistan və Estoniya) da bu İttifaqa daxil olaraq SSRİ adlı bir məmləkət yaradıblar.



1991-ci ilin sentyabrında SSRİ-nin tərkibindən ilk çıxan ölkələr Litva, Latviya və Estoniya olub.

Elə həmin il dekabr ayının 9-da RSFSR, Ukrayna və Belarus nümayəndələrinin iştirakı ilə Belovejskaya Puşada keçirilən görüşdə SSRİ adlı dövlət ləğv edilib. 


Dekabr ayının 21-də Qazaxıstanın Alma-Ata şəhərində isə Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılıb. 

Dekabr ayının 25-də SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov istefa verib və həmin günün səhərisi SSRİ adlı dövlətin varlığı sona çatıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam