Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

ABŞ prezidenti Putinin Ukraynadan çıxacağına inanır

 

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Çin və Rusiya ilə münasibətlərinə dair açıqlamalar verərək, Pekinlə Amerikanın əlaqələrinə dair nikbinlik, Moskva ilə qarşıdurmanın artması ilə bağlı bədbinliyini ifadə edib.
"Xeberinfo.com": Cənab Obama Vaşinqtonda ABŞ-ın aparıcı şirkətlərinin icraçı direktorlarının üzvü olduğu Biznes Dəyirmi masa qrupunun üzvlərinin çoxsaylı suallarını cavablandırıb. Cənab Obama Çin prezidenti Si Tsinpin haqda yüksək fikir söyləyərək, onun 1978-ci ildən 1992-ci ilə qədər ölkəni idarə edən Den Syaopindən sonra ən böyük nüfuza malik lider ola biləcəyini deyib.
Bununla belə, cənab Obama Si Tsinpinin ölkəyə nəzarətinin güclənməsinin insan haqları və fərqli düşüncəyə malik insanların təqib olunması kimi məsələlərlə bağlı narahatlıqların artmasına səbəb ola biləcəyini də qeyd edib. O həmçinin bildirib ki, cənab Sinin hakimiyyəti dövrü millətçilik əhval-ruhiyyəsinin artması Çinin qonşularını narahat edir.
Prezident  Obama eyni zamanda, ABŞ-ın Amerikanın biznes və hökumət idarələrini hədəf alındığı kiber təhlükəsizliyi ilə bağlı Pekinə təzyiqlərinə baxmayaraq, Çinin Birləşmiş Ştatlarla güclü münasibətlərin qurulmasında böyük marağı olduğunu deyib.
Cənab Obama ABŞ-ın Rusiya ilə münasibətləri, xüsusilə də prezident Vladimir Putinlə bağlı daha az nikbin baxışlarını ifadə edib. Amerika lideri Vladimir Putinlə işgüzar münasibətlərə malik olduğunu deyib.
O, cənab Putini Ukraynaya müdaxiləyə görə tənqid edib və onun Rusiya ilə sərhəddə yerləşən başqa ölkələr üçün də təhlükə təşkil etdiyini deyib.
Prezident Obama bildirib ki, cənab Putinin Ukrayna ilə bağlı mövqeyi onun Rusiyanın daxilində maraqlarına xidmət etsə də, beynəlxalq miqyasda Rusiyanın təcridinə gətirib çıxarır.
ABŞ prezidenti cənab Putinin Ukraynadan yaxın zamanlarda çıxacağını gözləmədiyini deyib. Onun sözlərinə görə, o bunun Rusiyanın daxili siyasəti ölkə iqtisadiyyatında baş verənlərə müvafiq şəkildə cavab verməyənə qədər baş verəcəyini gözləmir. Cənab Obama prezident Putinin mövqeyində dəyişikliklər olmadaığı halda, ABŞ-ın Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə davam edəcəyini söz verib.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam