Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

NATO-dan Ukraynaya dəstək

 

NATO ölkələrinin xarici işlər nazirləri Ukrayna hərbi qüvvələrinə dəstək bildrirərək, eyni zamanda, Rusiyanın ölkədə qeyri-sabitlik yaratmağa davam etməsini pisləyib.
"Xeberinfo.com": Brüsseldə keçirilən iclasda NATO-nun baş katibi Cens Stoltenberq deyib ki, Rusiyanın hərəkətləri Ukraynada qeyri-sabitlik yaratmaqla yanaşı, həmdə bütünlüklə Avro-Atlantik məkanda sabitlik və təhlükəsizliyə ciddi maneə yaradır.
“Biz Rusiyanı öz təəhhüdlərinə əməl etməyə çağırırıq. Buraya hərbi qüvvələr və hərbi texnikanın Ukrayna və Ukrayna sərhədindən geri çəkilməsi, beynəlxalq müşahidəçilərin sərhədi effektiv şəkildə monitorinq etməsinə və müzakirələr yolu ilə Ukraynanın sərhədlərinin beynəlxalq normalara müvafiq olaraq hörmət edilməsini təmin edəcək həll yoluna imkan verilməsi daxildir”-deyə o bildirib.
NATO-nin baş katibi Ukrayna hərbi qüvvələrinə təchizat, komanda və nəzarət, kibernetik məkanda müdafiə və əsgərlərə təlim verilməsi sahələrində yardım göstərmək məqsədilə söz verilmiş fondlar əməliyyata başlayıb. NATO eyni zamanda yaralanan Ukrayna əsgərlərinin reabilitasiyası üçün də yeni fondun ayrıldığını elan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam