Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İrəvanda aksiya keçirilib

 

Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib.
"Xeberinfo.com": Məlumata görə, “A1+” telekanalında bildirilib ki, aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz ediblər. Etiraz edənlərin əksəriyyəti ölkənin müxalifət partiyalarının üzvləri olub.
Aksiyada iştirak edən müxalifət liderlərindən biri - “Milli Özünütəyin Birliyi” partiyasının sədri Paruyr Ayrikyan "ölkəni Avrasiya İttifaqına sürükləyən insanları ruhi dispanserə yerləşdirməlidirlər" deyib.
“Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını ratifikasiya edənlər özlərindən sonra gələcək nəsillərə belə bir ismarış qoyub gedə bilərlər ki, səs verərkən onlar sadəcə “uzunqulaq” olublar. Çünki heç bir normal adam bu sazişin ratifikasiyasına səs verə bilməz”, - deyə Paryur Ayrikyan qeyd edib.
Parlament üzvlərinə ünvanladıqları məktubda aksiya iştirakçıları deputatları Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair razılaşmaya qarşı çıxmağa çağırıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam