Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bu gün Atatürkün anım günüdür

 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür

"Xeberinfo.com":Bu gün Türk dünyasının atası sayılan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür.

Ankaradakı Anıtqəbirdə yerləşən məzar muzeyin demək olar ki, ortasındadır. Atatürkün vəsiyyətinə uyğun olaraq məzarın qarşısına türk bayraqları düzülüb. Məzar olan otağın bürünc nəhəng qapısı var.

Bu otaq Səlçuqlar və Osmanlı memarlığına uyğun olaraq səkkizgüşəli formadadır. Tavanı mozaikalar bəzəyir. Otağın mərkəzində qiblə istiqamətində qırmızı mərmərdən məzar daşı var. Onun ətrafında qablarda türkiyənin 81 bölgəsindən, Kipr və Azərbaycandan gətirilən torpaqlar var.

Məzarın üzərində demək olar ki, heç nə yazmır. Məzar otağının qapısı ancaq Baş Qərargahın icazəsi ilə açılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam