Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Xamenei tapşırıq verdi:İran nüvə hazırlığına başladı

 

İran bu gündən etibarən uranın zənginləşdirilməsi üçün potensialın artırılması prosesini başladıb

Yenixeber.org:  Bunu İSNA agentliyinə açıqlamasında İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsi Bəhrus Kamalvəndi deyib. Onun sözlərinə görə, Tehran bununla bağlı MAQATE-ni məlumatlandırmaq niyyətindədir.
O, İranın bu addımı ehtiyac yaranacağı təqdirdə lazım olan hədəfə tez çatmaq üçün atdığını bildirb. Kamalvəndi İranın uranın zənginləşdirilməsini qısa müddətdə 20%-ə qaldıra biləcəyini deyib.
Qeyd edək ki, bundan öncə İranın Ali dini lideri Əli Xamenei ölkəsinin nüvə fəaliyyətindən əl çəkməyəcəyini açıqlayıb. O bildirib ki, İranın həm sanksiyalar altında qalmasını, həm də nüvədən əl çəkməsini istəmək təzaddır.
O daha sonra İranın Nüvə Enerjisi Təşkilatına nüvənin zənginləşdirilməsinə başlamağı və 190 min EPP səviyyəsinə çatdırmağı tapşırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam