Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Rusiyanı çətin günlər gözləyir”

 

“ABŞ və Avropa İttifaqının tətbiq etdiyi yeni sanksiyalar Rusiyanın iqtisadi vəziyyətini daha da müşkülə salır. Rubl dollara münasibətdə dəyərini bu il 13 faiz itirib. Artıq dollar 38 rubl həddini də keçib”. 

 

    “Xeberinfo.com”: Məlumata görə, iqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına açıqlamasında belə deyib. Yeni sanksiyalar Rusiyanın bir çox iri müəssisə və bankının Qərbin maliyyə bazarlarına çıxış şərtlərini kəskin şəkildə ağırlaşdırır. Samir Əliyev xatırladıb ki, gələn ildən Rusiya Mərkəzi Bankı “üzən məzənnə” siyasətinə keçir: “Bu o deməkdir ki, dövlət rublun məzənnəsini dəstəkləməyəcək və proseslər belə davam edəcəyi təqdirdə rublun ucuzlaşması prosesi davam edəcək. Dolların rubla məzənnəsi tezliklə 40 rubl psixoloji həddini keçəcək. İnvestorların Rusiya istiqrazlarına marağı azalıb. Bankların xaricdən resurs cəlb etmək imkanları məhdudlaşıb. Tərs kimi də dünya bazarlarında neft ucuzlaşır. 

Rusiyanın aparıcı banklarının səhmləri dəyərdən düşür. Onların arasında səhmdarı olduğumuz VTB bankı da var. Azərbaycan Dövlət Neft Fondunun Rusiya aktivləri əriyir”. 

Samir Əliyev qeyd edib ki, bütün bunlara görə o, sanksiyaların Rusiyanı daha da möhkəmləndirməsi fikri ilə razılaşmır, bu iddiaları qeyri-real sayır: “Əksinə, Rusiyanı çətin günlər gözləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam