Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Poroşenko Ali Radanı buraxdı

 

Ukrayna prezidenti Petro Poroşenko Ali Radanın buraxılması haqqında qərar qəbul edib. 

 

“Xeberinfo.com” ans press-ə istinadən xəbər verir ki, bu haqda o, öz Twitter-ində Ukrayna və ingilis dillərində yazıb.

"Əziz həmyerlilər! Mən vaxtından əvvəl yeddinci çağırış Ali Radanın səlahiyyətlərini dayandırmağa qərar verdim", - deyə Poroşenko bildirib.

Prezidentin mətbuat katibi Svyatoslav Seqolko izah edib ki, Ali Rada deputatlarının əksəriyyəti diktator qanunlarını qəbul edirdi, həmçinin Meydanda insanlar məhv olurdu.

"Yarım il əvvəl yaradılmış indiki Rada Yanukoviçin dayağı rolunu oynayırdı. Qəbul edilən əksər qanunları məhz bu deputatlar qəbul edirdi. Deputatlar indiyədək 232 səs yığıb "DXR"-ı və "LXR"-ı terror təşkilatı kimi tanımayıb" – deyə Facebook sosial şəbəkəsində Seqolko qeyd edib.

Yeni parlament seçkiləri bu il oktyabrın 26-na təyin edilib. Seqolko yazısında deyir ki, prezident demokratik gücləri seçkilərə getməyə çağırır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam