Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Medvedevin İrəvan səfərinin gizlinləri

 

    “Rusiya baş naziri Dmitri Medvedevin Ermənistana səfəri zamanı əsasən iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək. Çünki Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Ermənistanda iqtisadi kollapsa səbəb ola bilər”.

   "Xeberinfo.com": Ans press-in məlumatına görə, bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır.

Qəzetin xəbərinə görə, Qərb və ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyaların tətbiqi Ermənistan da təsirsiz ötüşmür.

“Əgər Rusiya Ermənistana maliyyə dəstəyini öz üzərinə götürməsə, Ermənistanda iqtisadi kollaps yaranacaq. Medvedevin İrəvana səfəri zamanı daha çox bu istiqamətdə müzakirələrin aparılacağı gözlənilir. Təbii ki, səfər zamanı Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasına dair də danışıqlar aparılacaq”, deyə qəzet yazır.

Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedevin sentyabrın 8-9-da Ermənistana səfəri gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam