Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Səudiyyə Ərəbistanı iranlı zəvvarları daşımaqdan imtina edib –İran Aviasiya Təşkilatının sədri

Səudiyyə Ərəbistanı iranlı zəvvarları daşımaqdan imtina edib –

 

Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən iranlı zəvvarları daşımaqdan imtina edib.

Yenixeber.org: Bunu İran Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.  Bu gün zəvvarları yola salan Ə. Abidzadə bildirib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən iranlı zəvvarların yarısını “İranAir” şirkəti, yarısını isə Səudiyyə Ərəbistanı hava yolları şirkətləri daşımalı idi. Lakin son anda Səudiyyə Ərəbistanı şirkətləri 26 min iranlı zəvvarın daşınmasından imtina ediblər.

“Biz indi məcburuq ki, zəvvarların daşınmasını özümüz həyata keçirək. Bunun üçün ağır və sıx uçuş proqramına ehtiyac var, lakin söz veririk ki, bütün zəvvarların daşınmasını həyata keçirəcəyik”, – deyə Ə. Abidzadə söyləyib. O qeyd edib ki, bu il ziyarətə gedəcək zəvvarların sayı artıb, lakin ölkənin hava limanlarında həmin zəvvarların qəbulu və yola salınması üçün lazımi infrastruktur dəyişikliyi edilməyib: “Buna görə biz öz zəvvarlarımızı Həcc ziyarətinə göndərmək üçün əlavə çətinliklərlə üz-üzəyik. Uçuşlarda gecikmələr olarsa, xalqımızdan buna görə indidən üzr istəyirəm. Bilsinlər ki, biz uçuşların tam təhlükəsiz və vaxtında yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik. Səudiyyə Ərəbistan tərəfindən asılı olan məsələlər bizlik deyil”.

Qeyd edək ki, bu il İrandan 86 min zəvvar həccə gedəcək. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam