Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

 

Almaniyanın Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi Peter Ştoydtnerin saxlanılması ilə bağlı Türkiyə səfirini XİN-ə çağırıb.

    Yenixeber.org:  Məlumata görə, bunu keçirdiyi brifinqdə nazirliyin rəsmi nümayəndəsi Martin Şefer deyib.

"AFR hökuməti Ştoydtnerin azad edilməsini və konsulluq yardımına çıxışın təmin olunmasını tələb edir", - M.Şefer bildirib.

Onun sözlərinə görə, səfir əmin edib ki, tələbləri dərhal Ankaraya çatdıracaq.

XİN nümayəndəsi qeyd edib ki, hüquq müdafiəçisi artıq iki həftədən çoxdur istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, Türkiyə məhkəməsi altı hüquq müdafiəçisi haqqında həbs qətimkan tədbirinin seçilməsini qərara alıb. Terror fəaliyyətində şübhəli bilinən bu şəxslərin arasında Amnesty International təşkilatının Türkiyə nümayəndəliyinin başçısı da var.

Hazırda Türkiyədə istintaq təcridxanasında analoji ittihamla Almaniyanın "Die Welt" qəzetinin jurnalisti Dəniz Yücel saxlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam