Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İsrail Qəzzanı bombalayır

 

 

 

 İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində ölən və yaralanan fələstinlilərin sayı durmadan artır. 

"Xeberinfo.com": Məlumata görə, “Müdafiə xətti” adı altında keçirilən hərbi əməliyyatlar zamanı 28 fələstinli ölüb, 150-dən çox adam isə yaralanıb. Ölənlərdən ikisi qadın, beşi uşaqdır.

İsrail Hərbi Hava Qüvvələrinə aid qırıcılarının Qəzzanı bombardman etməsi nəticəsində “HƏMAS” qruplaşmasının 4 üzvünün öldüyü bildirilir. İsrail ordusu “HƏMAS” liderlərindən bir neçəsinin evlərdə gizləndiyini əsas gətirərək dinc sakinlərin yaşadığı evləri də bombalayıb. Bu isə uşaq və qadınlar daxil olmaqla ölü və yaralıların sayını artırıb.

Qeyd edək ki, İsrail hökuməti hərbi əməliyyatların bir neçə gün əvvəl “HƏMAS” qruplaşmasının raket zərbələrinə cavab olaraq keçirildiyini bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam