Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Putin Avropa Birliyinə bir ay vaxt verdi

 

   

       "xeberinfo.com": Rusiya dövlət başçısı Vladimir Putin təbii qaz sərfiyyatı ilə əlaqədar qazın verilmə rejiminin 1 iyundan etibarən dəyişəcəyi mövzusunda Türkiyə və AB ölkələrinə məktub göndərib.   Məlumata görə, aprelin sonlarında göndərdiyi ilk məktubu xatırladan Putin son dövrlərdə Ukrayna ilə keçirilən görüşlərdə irəliləmə olmadığına və borcun gedərək artdığına toxunub:  

    “Bir aydan çox müddət keçib. AB üzvü olmayan ölkələr Ukraynanın borcunu ödəməməsi və təbii qaz anbarlarının qeyri-kafi olması ilə bağlı riskli bir vəziyyətin meydana gəldiyini düşünürlər. AB ölkələri ilə Varşavada görüşdə bu mövzuda danışdıq. AB enerji komissarı Günter Oettinger və Ukraynadan Yuri Prodan bu görüşə qatılmışdı. Amma təəssüf ki, ortaqlarımızdan Ukraynanın razılaşma öhdəliklərini necə yerinə yetirəcəyi barədə hər hansı bir təklif görmədik”.   
     Qeyd edək ki, məktubunda təbii qaz ödəmələrinin getdikcə daha kəskin hal aldığına toxunan Putin “Ukraynanın borcu 2.2 milyard dollardan 3.5 milyard dollara qalxıb. Amma Ukrayna ayrılan kreditin ilk hissəsini - 3.2 milyard dollarını alıb”, - deyə bildirib.   
    Putinin bu məktubu Türkiyə, Avstriya, Bosniya-Hersoqovina, Bolqarıstan, Çexiya, Xorvatiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Makedoniya, Moldova, Polşa, Rumıniya, Serbiya, Slovakiya və Sloveniya liderlərinə göndərilib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam