Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Türkiyədə dəhşətli partlayış

 

 

"xeberinfo.com": Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 201-ə çatıb.80 adamın xəsarət aldığı bildirilir, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı ehtimal olunur. Mayın 13-də baş verən partlayışa elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal olunur.

Məlumata görə, Türkiyənin enerji naziri Taner Yildiz bildirib ki, partlayış anında mədəndə 787 işçi çalışırmış. Nazir həmçinin şaxtaçıların əksəriyyətinin ölümünə karbonmonoksid zəhərlənməsinin səbəb olduğunu bildirib. Hazırda xilasetmə işləri davam edir.  

 Bu arada şaxtaçıların ailə üzvləri və yaxınları yerli xəstəxananın ətrafına toplaşaraq məlumat almağa çalışırlar.

 Türkiyənin baş naziri Recep Tayyip Erdoğan faciə ilə bağlı mayın 14-də Albaniyaya planlaşdırılan səfərini təxirə salıb və hadisə yerinə gedəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam