Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Ukraynanın 70%-i Putini dəstəkləyirdi”

Yuşşenko: “Ukraynanın 70%-i Putini dəstəkləyirdi”

 

      2008-ci ildə ukraynalıların əksəriyyəti Vladimir Putini ölkə lideri kimi görmək istəyirdilər.
 
"Xeberinfo.com": Məlumata görə, bunu Ukrayna mətbuatına açıqlamasında ölkənin eks-prezidenti Viktor Yuşşenko söyləyib. Onun sözlərinə görə, 2008-ci ildə Ukraynanın 70%-i Putini dəstəkləyirdi:
 
“Həmin dövrdən bu yana çoxmu şey dəyişib? Bizim hökumət Krım və Donbas üzərində nəzarəti milli identiklik və milli birlik olmaması ucbatından itirdi. Kiyevdə gəzib vitrinlərə baxın. Siz deyə bilərsinizmi ki, müstəqil Ukraynanın paytaxtında yaşayırsınız? Bu hansısa Tulaya bənzəyir. Biz 2008-ci ildə sosioloji sorğu keçirmişdik. O zaman əhalinin 70%-i Putini dəstəkləyirdi. O, tezliklə, Donbasla Krımda peyda oldu. Ona bizim milli birliyimizin olmaması bu imkanı yaratdı. Ərazilərimizin bir qismində artıq “rus dünyası” yaradılıb. Biz itkinin səbəblərini özümüzdə axtarmalıyıq. Əgər biz səhvlərimizi düzəldə bilsək, Rusiyaya rəqib ola bilərik”.
 
Qeyd edək ki, Viktor Yuşenko Ukraynanın 3-cü prezidentidir. O, 2005-2010-cu illərdə Ukrayna prezidenti olub. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam