Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

ABŞ Rusiyanı sanksiyalarla təhdid etdi

 

 

 ABŞ Moskva və Tehran arasında İran neftinin əmtəə malları ilə mübadiləsini nəzərdə tutan sazişin imzalanacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

    "xeberinfo.com" “BBC”-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Ceykob Lyu bildirib.    
 
     Lyu bu barədə rusiyalı həmkarı Anton Siluanovu Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər orqanlarının Vaşinqtonda keçirilən sessiyası çərçivəsində baş tutmuş ikitərəfli görüşdə xəbərdar edib.   
 
Amerikalı nazirin sözlərinə görə, Rusiya və İran arasında bağlanacaq saziş “altılıq” ilə Tehran arasında əldə olunmuş razılaşmaya ziddir. Razılaşmaya əsasən İran Qərbin sanksiyalarının yumşaldılması müqabilində öz nüvə proqramını məhdudlaşdırmağı üzərinə götürüb.
 
“Röyters” agentliyinin məlumatına görə, Rusiya və İran arasında bağlanacaq 1,5 mlrd dəyərində “svop sazişi”  İran neftinin Rusiyanın əmtəə malları ilə mübadiləsini nəzərdə tutur.  Rusiya hakimiyyəti bu məsələyə şərh verməkdən imtina edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam