Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Müdafiə naziri istefa verdi

 

Feldmarşal Əbdülfəttah əl-Sisi Misirin müdafiə naziri və ordu komandanı vəzifəsindən istefa verib. Məlumata görə, qərarını martın 26-sı axşam saatlarında açıqlayan Əbdülfəttah əl-Sisi bunu prezident seçkisində iştirak etmək niyyəti ilə əsaslandırıb. 

 

"xeberinfo.com": Feldmarşal televiziya ilə xalqa müraciətində Misiri terrorizmdən və qorxu hissindən azad edəcəyinə söz verib. Ancaq o əlavə edib ki, möcüzələr yaratmağa qadir deyil və ölkəni dəyişmək üçün hamı çalışmalıdır.

Müxalif “Müsəlman qardaşlar” hərəkatı feldmarşalın prezident seçkisinə qatılmaq qərarını pisləyib və bəyan edib ki, Əbdülfəttah əl-Sisinin hakimiyyəti heç zaman təhlükəsizlik, sabitlik gətirə bilməz.   

Misir ordusu ötən il iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Hazırda ölkəni müvəqqəti prezident Ədli Mənsur idarə edir. Prezident seçkisi aprelin sonunda keçiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam