Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İrandakı seçkilərdə islahatçılar qalib gəldi

İranda Prezident Həsən Ruhanini dəstəkləyən mötədil qüvvələr parlament seçkilərində böyük qələbə qazanıb.

 

Xeberinfo.com:   BBC-yə istinadən xəbərə görə, səslərin 90 faizi sayılıb və islahpərəst "Ümid Siyahısı" Tehran nümayəndələri üçün parlamentdə ayrılan 30 deputat yerinin hər birini qazanıb.


Ən çox səs qazanan mühafizəkar namizəd Ğolaməli Həddad-Adil, 31-ci yerdədir.

Bu, İranla dünya gücləri arasında imzalanan nüvə sazişinin əldə olunmasından sonra keçirilən ilk seçkidir.

Cümə günü milyonlarla adam həm 290 deputatı, həm də Ekspertlər Şurasının tərkibini seçmək üçün səs verib.

88 nəfərdən ibarət olan Ekspertlər Şurası, İranın Ali Dini Rəhbərini təyin edir.

İlkin nəticələrə görə, Həsən Ruhani ilə onun müttəfiqi olan sabiq prezident Əkbər Haşemi Rəfsəncani Şurada ən çox səs qazanıblar.

İslamçı mühafizəkarların əsas namizədi olan Ayətullah Tağı Mesbah Yazdi isə siyahıda son yerlərdən birini tutur.

Parlament seçkilərinin Tehrandakı nəticələri xüsusilə əhəmiyyətlidir, çünki parlamentin istiqamətini, əsasən paytaxtda seçilən deputatlar təyin edir. Buna baxmayaraq, paytaxtdan kənarda islahatpərəst namizədlərin nəticələri o qədər yaxşı olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam