Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İran, Çin və Rusiya BMT-ni Tehrana qarşı sanksiyaları bərpa etməməyə çağırıb

 

İran, Çin və Rusiya xarici işlər nazirləri BMT Baş katibi Antoniu Quterreşə məktub göndərərək Təhlükəsizlik Şurasını Böyük Britaniya, Almaniya və Fransanın İran əleyhinə sanksiyaları bərpa etmək təşəbbüsünü rədd etməyə çağırıb.

Yenixeber.org-un xəbərinə görə, İran, Çin və Rusiya üç Avropa ölkəsini Tehrana qarşı dağıdıcı mövqedən imtina etməyə və Təhlükəsizlik Şurasındakı fikir ayrılıqlarını daha da dərinləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıblar.

Məktubda bildirilir ki, “Avropa üçlüyü”nün Təhlükəsizlik Şurasındakı fəaliyyəti 2015-ci ildə İranla nüvə sazişi üzrə qəbul edilmiş 2231 saylı qətnaməyə ziddir və “snapback” mexanizminin aktivləşdirilməsi Təhlükəsizlik Şurasının sui-istifadəsi və üzvlərinin aldadılması cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, avqustun 28-də Böyük Britaniya, Almaniya və Fransa “snapback” mexanizminin işə salınmasına təşəbbüs göstərib. Onlar 30 gün ərzində İranın nüvə proqramı üzrə danışıqları davam etdirməyə və 18 oktyabrda müddəti bitəcək 2231 saylı qətnamənin sanksiyaların götürülməsini nəzərdə tutan müddətinin uzadılması üçün hazır olduqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam