Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Rusiyaya sanksiyalar 6 ay uzadılıb

 

Yüksək səviyyəli bir Avropalı səlahiyyətli, ötən həftə Türkiyədə keçirilən G20 zirvə toplantısında görüşən Qərb ölkələrinin liderlərinin, Ukraynadakı mövqeyinə görə, Rusiyaya tətbiq edilən sanksiyaları daha altı ay uzadaraq, növbəti ilin İyul ayına qədər davam etdirmək məsələsində razılaşdığını deyib.

Xeberinfo.com:   Qərar 13 noyabrda Parisdə baş vermiş və 130 nəfərin öldüyü teror hücumlardan sonra İŞİD ilə mübarizədə Rusiya Prezidenti Vladimir Putin ilə daha yaxın əməkdaşlıq edilməsi çağırışlarına baxmayaraq qəbul olunub.

ABŞ Prezidenti Barak Obama, Almaniya Kansleri Angela Merkel, Britaniyanın Baş Naziri Devid Kameron, İtaliyanın Baş Naziri Matteo Renzi və Fransanın Xarici işlər naziri Laurent Loran Fabius, Antalyada keçirilən G20 sammitinin sonunda görüşərək bu qərarı veriblər.

Diplomat, liderlərin Ukraynada yaxınlaşan seçkilər ərəfəsində Rusiya üzərindəki təzyiqi davam etdirməyin vacib olduğu məsələsində həmfikir olduqlarını deyib.

Diplomat, “Ukraynadakı seçkilər çox əhəmiyyətlidir. Yalnız sanksiya kartını oynamağımız vəziyyətində istədiyimizi əldə etmək şansımız olur. Maliyyə sanksiyaları davam etməlidir” deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam