Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Ukraynadakı səfirliyimizdən azərbaycanlılara çağırış

 

 

       "xeberinfo.com": Azərbaycanın Ukraynadakı səfirliyinə Kiyevdəki qarşıdurmalarda Azərbaycan vətəndaşlarının zərər çəkməsi barədə məlumat daxil olmayıb. Bu barədə səfirliyin birinci katibi Asim Osmanov məlumat verib.

   Diplomat qeyd edib ki, hazırda Azərbaycanın diplomatik missiyasına nə rəsmi strukturlardan, nə də həmvətənlərimizdən zərər çəkmiş vətəndaşlarımız barədə məlumat daxil olub.

    Bir müddət əvvəl Azərbaycanın diplomatik missiyası həmvətənlərimizi Kiyevdə etiraz aksiyalarının keçirildiyi ərazilərə getməməyə çağırıb.

     Səfirlik Kiyevdə olan və ya Ukrayna paytaxtına səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarına Kiyevdə fəal etiraz aksiyaları zonalarından və insanların kütləvi yığışdıqların yerlərə getməkdən çəkinməyi israrla məsləhət görür və onları ehtiyatlı olmağa çağırır.

      Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.
      Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə toqquşmalar nəticəsində 25 nəfər ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam