Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Türkiyə Dağlıq Qarabağdakı “seçkilər”i tanımır

 

“Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə cəhdlərə dəstək verməyə davam edəcəyik”

"Xeberinfo.com":   Məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi işğal altındakı Dağlıq Qarabağda separatçıların keçirməyə hazırlaşdığı “seçki”lərlə bağlı bəyanatla çıxış edib.
APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, 20 ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda sentyabrın 13-də keçiriləcək “yerli seçkilər” beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır: “Bu və bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması cəhdlərinə zərər verir. Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu “seçkiləri” qınayır. Qeyri-legitim saydığımız bu seçkilər və onun nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Minsk Qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə cəhdlərə dəstək verməyə davam edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam