Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Qırğızıstan rəsmən Avrasiya Birliyinin üzvü oldu

 

 

 Qırğızıstan bu gündən rəsmən Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvü olub.

 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Qazaxıstan və Qırğızıstan prezidentləri Nursultan Nazarbayev və Almazbek Atambayev bildirib. 

Qırğızıstanın Aİİ-yə qoşulması barədə təntənəli mərasim Qırğızıstan və Qazaxıstan sərhədində, `Ak-Jol` Sərhəd Keçid Məntəqəsində keçirilib. Mərasimdən sonra Qırğızıstan və Aİİ arasında gömrük məhdudiyyətləri aradan qaldırılıb. 

Qeyd edək ki, Nursultan Nazarbayev avqustun 5-i Qazaxıstanın Qırğızıstanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) barədə sazişi təsdiqləyib.

Qırğızıstan mayın 22-i respublikanın Aİİ-yə qoşulması barədə bütün ölkə daxili proseduraları yekunlaşdırıb. 

Qazaxıstan Qırğızıstanın Aİİ-yə qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Buna qədər sənədi Ermənistan, Belarus və Rusiya prezidenti təsdiqləmişdi.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur. 
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin ötən ilin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb. 

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam