Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Qərb İranı bataqlığın içinə atdı"

 

“Qərb nə İran, nə Türkiyə, nə Səudiyyə Ərəbistanı, nə də Misirin güclənməsini istəyir”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu açıqlama ilə türkiyəli politoloq Məhmət Şahin çıxış edib.

 

Onun sözlərinə görə, bu dörd ölkə arasında olan istənilən mübahisə Qərbin vecinə deyil:

 

“İqtisadi çətinlik içində olan İran belə bir halda Əsədi dəstəkləyir və husilərə istənilən yardımı verir. Bunlara davam edən İran indi Qərblə barışıb neftini dünyaya çıxardan zaman “onsuz da indi daha çox pul qazanıram və ona görə də bölgədə liderlik savaşını davam etdirə bilərəm”, - deyə düşünürsə, çox yanılır. Bununla da onun Suriya, Yəmən və İraqdakı fəaliyyəti nəticəsiz qalacaq. Qərb nə İran, nə Türkiyə, nə Səudiyyə Ərəbistanı, nə də Misirin güclənməsini istəyir. Bu dörd ölkənin hər birinin bölgədə regional güc olma potensialı var. Onların bir-biri ilə dalaşması belə Qərbin vecinə deyil. Əslində, Qərb İranla barışarkən onun güclənəcəyini bilir. Ona görə də İranı çox böyük problemlərin içinə atdılar. Onun guya gücləndiyi görünüşünü dünyaya yansıtdılar və Tehranın Suriya, İraq və Yəməndə önünü açdılar. İranın guya onlarla barışdığını göstərib ayağına zəncir taxdılar, amma bunun əvəzini təəssüf ki, bütün islam dünyası olaraq biz ödəyirik”.

Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam