Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Yol kontruksiyasındakı səhvə görə kim məsuliyyət daşıyır?

 

Dünən Sulutəpə tərəfdə minik avtomobilinin dairəyə çırpılması nəticəsində sürücü ölüb. 

 

"Xeberinfo.com":  Məlumata görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu məlumat neçə ildir onu  narahat edən problemi bir daha aktuallaşdırıb: “Ölkəmizdə yolların konstruksiyasında, texniki vəziyyətində, tənzimləmə vasitələri ilə təchizində olan və başqa bu kimi problemlərdən baş verən qəzalara düzgün hüquqi qiymət verilmir. Daha dəqiqi belə qəzalarda ölənlərin qanı batır, çünki buna görə konkret cinayət məsuliyyəti müəyyən edən norma yoxdur. Digər normaları belə hallara tətbiq etmək mümkün olsa da, bunun da təcrübəsi yoxdur. 2 il əvvəl belə bir normanın layihəsini hazırlayaraq Milli Məclisə göndərmişdim. Amma yalnız buna görə təşəkkür almışam, həmin layihə isə diqqətdən kənarda qaldı”.

Qeyd edək ki, dünən gecə saatlarında Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 31 yaşlı Əsgərov Allahverdi Qəzənfər oğlu “Mitsubishi” markalı nəqliyat vasitəsi ilə Sulutəpə qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olub. Lakın sürücü Xocahəsən dairəsində qəflətən idarəetməni itirib. Nətıcədə nəqliyyat vasitəsi dairəyə çırpılıb. Zərbənin təsiri güclü olduğundan maşın aşaraq digər hərəkət hıssəsınə düşüb. Qəza nəticəsində sürücü Allahverdi Əsgərov hadisə yerində dünyasını dəyişib.

Qafqazinfo


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam