Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Forbes” dünyanın ən varlı idmançılarının adlarını açıqlayıb

 

cordon“Forbes” nəşrinin açıqladığı bütün dövrlərin ən varlı idmançılarının siyahısında amerikalı basketbolçu Maykl Cordan birinci olub.

Yenixeber.org: “İnterfax” xəbər verir ki, reytinqə əsasən, amerikalı idmançı karyerası dövründə 1,85 mlrd. ABŞ dolları qazanıb.

M.Cordan Milli Basketbol Assosiasiyasının əfsanəvi oyunçusu hesab olunur. İdmançı “Çikaqo Bullz” (1984-1993, 1995-1998), “Vaşinqton Uizards” (2001-2003) komandalarında çıxış edib. O, ikiqat olimpiya çempionudur.

Reytinqdə qolfçu Tayqer Vuds ikinci (1,7 mlrd. dollar), Arnold Palmer isə üçüncü (1,4 mlrd. dollar) olub.

Futbolçular arasında ən varlı 800 mln. dollar gəliri ilə İngiltərə yığmasının eks-futbolçusu Devid Bekhem seçilib və o, siyahıda beşinci olub. Portuqaliyalı futbolçu Kriştiano Ronaldu isə reytinqdə 12-ci (725 mln. dollar), argentinalı futbolçu Lionel Messi 16-cı (600 mln. dollar) yerdə qərarlaşıb.

Qeyd edək ki, ümumi siyahıda cəmi 25 nəfər idmançı yer alıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam