Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

​Elxan Şükürlünün "Strateq.az"ı da Elnur Abdullayevin "Global Media"sına satılıbmış —FOTOFAKT

news/2026_10_05/inshot_20261005_052824066_1791164227.jpg

Vaxtı ilə politoloq, siyasi şərhçi Elxan Şükürlüyə məxsus olmuş və 2015–2021-ci illərdə fəaliyyət göstərmiş strateq.az xəbər portalının domeni satılıb.

Yenixeberorg.biz: Əldə etdiyimiz məlumata görə, həmin domen də mediada adı saytları və xüsusi domenləri əlində cəmləşdirməkdə hallanan Elnur Abdullayevin rəhbəri olduğu "Global Media Group" MMC tərəfindən alınıb.

Qeyd edək ki, Vaxtı ilə İlahiyyatçı Elşad Miriyə məxsus olan və 2015–2019-cu illər arasında fəaliyyət göstərmiş "A24.az" xəbər portalının domenin də Elnur Abdullayevin rəhbəri olduğu "Global Media Group" MMC tərəfindən alındığı barədə məlumat vermişdik.

Xatırladaq ki, Elxan Şükürlü "Strateq.az" portalının bağlanma səbəbini media sektorundakı qeyri-bərabər və vicdansız rəqabət mühiti, həmçinin Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun təzyiqləri ilə əlaqələndirmişdi. O, saytın tərəfsiz və müstəqil fəaliyyətinin medianı cilovlamaq istəyən rəsmi şəxsləri qane etmədiyini və bu səbəbdən hədəfə alındıqlarını bildirmişdi. Baş redaktor prokurorluq tərəfindən xəbərdarlıq edildiyini, mənzil növbəsindən çıxarıldığını və portalın maddi dəstəkçilərinin "vahid media siyasətinə qarşı çıxmaq" ittihamı ilə şantaj olunduğunu vurğulamışdı. Sonda o, sayta kömək edən dostlarının zərbə almaması və şəxsi prinsiplərindən güzəştə getməmək üçün fəaliyyəti tamamilə dayandırmaq məcburiyyətində qaldığını bəyan etmişdi.

Mətbuat iddialarına görə, keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın kadrı olmuş Elnur Abdullayevin ilkin idarəçilik fəaliyyəti nazirin oğlu, xalası oğlu Anar Məmmədovun layihələri və media strukturları ilə bağlı olub. Sonradan o, təcrübəsini SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayev və hazırda həbsdə olan sabiq SOCAR rəsmisi Adnan Əhmədzadənin maliyyə-biznes şəbəkəsi ilə ortaklıqda davam etdirib. Bu neft-maliyyə qrupunun dəstəyi ilə "Global Media Group" daxilində "Oxu.Az" portalının idarəçiliyinə gətirilən E.Abdullayevin daha sonra A.Məmmədovla qohumluq münasibətlərini bitirdiyi, A.Əhmədzadənin həbsindən sonra isə onunla biznes və media əlaqələrini tam kəsdiyi bildirilir.(32gun.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam