Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Qətər əmiri Ərdoğanın dəvətinə "yox" dedi:İftarda iştirakdan imtina etdi

 

Körfəz böhranından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iftar dəvətinə bu həftə sonu gəlməli olan Qətər əmiri Şeyx Təmim bin Hamad Əl-Sani, ziyarət görüşünü ləğv edib.

 

Yenixeber.org:  Türkiyə KİV-nə istinadən xəbərə görə, ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı.

 

Lakin həftənin əvvəlində Səudiyyə Ərəbistan başda olmaqla, digər Körfəz və ərəb ölkələrinin Qətərə sanksiyalar tətbiq etməsi nəticəsində, Əmir Əl-Sani bütün xarici səfərləri ləğv edib.

 

Qeyd edək ki, Qətər Əmiri yaxın günlərdə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın da dəvətinə getməmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

 

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam