Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Mehriban Əliyeva qalib idmançımıza medal təqdim etdi -"Bakı-2017"

 

Bu gün İslamiadada sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançısı Mahir Əmiraslanov qızıl medal qazanıb. 

Yenixeber.org: Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Nəbi Uzun və Özbəkistan idmançısı Nodircon Safarov layiq görülüblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam