Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

ABŞ Suriyaya raket zərbələri endirdi

 

ABŞ-ın Aralıq dənizindəki hərbi gəmiləri Suriya ərazisində yerləşən aviabazaya raket zərbələri endirib.

Yenixeber.org:   Zərbələrin ABŞ-ın iddiasına görə, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir. Bu barədə “NBC News” telekanalı ABŞ-ın hərbi məmurlarına istinadən məlumat yayıb. 

Məlumata görə, ABŞ Suriyaya onlarla qanadlı raket atıb. ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.

“ABŞ-ın iddiasına görə, Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində məhz bu aerodromdan yararlanıb”, - deyə telekanal qeyd edib. 

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov ABŞ-ın Suriyaya zərbələr endirəcəyinin mənfi nəticələrə gətirib çıxaracağına dair xəbərdarlıq edib. 

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq bu ölkəyə qarşı hərbi əməliyyat məsələsini nəzərdən keçirdiyini bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam