Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Müharibə sabah da başlaya bilər...” -Serj Sərkisyan

Yenixeber.org:  Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan “France Press” agentliyinə müsahibəsində Paris, Moskva və Vaşinqtonu “Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə” çağırıb.

Virtualaz.org xəbər verir ki, Sərkisyan Qarabağda müharibə təhlükəsinin qaldığını deyib. “Çünki Azərbaycan münaqişənin hərbi yolla həllinin mümkün olmadığına hələ əmin olmayıb”-Sərkisyan deyib.

Ermənistan prezidentinin sözlərinə görə, erməni ictimai şurunda hərbi əməliyyatların başlaması “zaman məsələsidir”, ola bilsin bir neçə həftə və ya ayın məsələsidir. “Ona görə də silahlı qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır”-Sərkisyan bildirib. Bununla belə Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.

Sərkisyan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq silah satmasını “ağrılı qarşıladıqlarını” da bildirib. “Biz bundan təəsüflənirik, çünki Rusiya bizim strateji müttəfiqimizdir”-o deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam