Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Nazir müavini:“İnsanlar bəzən pensiya yaşına qədər yaşamayacaqlarını düşünürlər...”

 
 
“Dünya əhalisinin 60 faizi, qeyri-rəsmi məşğuldur. Avropa Birliyinə daxil olan ölkələrdə əhalinin 18-20 faizi qeyri-rəsmi fəaliyyət göstərir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini qeyd edib ki, bunu tamamilə aradan qaldırmaq mümkün deyil. İ.İsayev qeyd edib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində addımlar atılır: “Burada kompleks yanaşma olmalıdır, daha çox stimullaşdırıcı tədbirlər görülməlidir. İnsanlar pensiya yaşını düşünmürlər, bəzən pensiya yaşına qədər yaşamayacaqlarını düşünürlər. Ona görə də rəsmi məşğulluğa maraq göstərmirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam