Sabah Masallının 5 kəndində qaz olmayacaq

Sabah Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Yenixeberorg.biz: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad və Qodman kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq.










AZ
RU